İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Moqerini: “Dağlıq Qarabağ münaqişəsinin tərəflərini şərtsiz danışıqlara çağırırıq”

Moqerini: “Dağlıq Qarabağ münaqişəsinin tərəflərini şərtsiz danışıqlara çağırırıq”

12.07.2018

Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərini ilkin şərtlər olmadan danışıqlara çağırıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının diplomatiya xidməti Federika Moqerini və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən sonra açıqlama yayıb.

“Görüş əsnasında F.Moqerini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini bir daha  dəstəkləyib. Bu kontekstdə tərəflərin Minsk Qrupunun həmsədrlərinin himayəsi altında ilkin şərtlər olmadan tam şəkildə danışıqlarda iştirak etməsi son dərəcə vacibdir", bəyanatda vurğulanıb.