İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

12.07.2018

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.

Trend-in məlumatına görə, bu barədə təşkilatın Brüsseldə 11-12 iyul tarixlərində keçirilən 29-cu sammitində iştirak edən dövlət və hökumət başçıları tərəfindən qəbul edilən yekun bəyannamədə deyilir.

Bəyannamədə bildirilir: "Biz bütün tərəfdaşlarımızın xarici təzyiq və məcburiyyət olmadan xarici siyasət və təhlükəsizlik siyasəti üzrə müstəqil və suveren seçim etmək hüququnu dəstəkləməyə davam edirik".

Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiqlik bir daha təsdiqlənir: "Bu baxımdan biz Cənubi Qafqazda münaqişələrin bu beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həlli üçün səyləri dəstəkləməkdə davam edirik. Biz bütün tərəfləri konstruktiv və güclü siyasi iradə ilə danışıqların müəyyən edilmiş çərçivələri daxilində münaqişələrin sülh yolu ilə həll olunması üzərində işləməyə təkidlə çağırırıq".