İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb

Qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb

01.09.2014

Avqustun 26-da Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, könüllü olaraq Qazax rayonunun Kəmərli kəndi istiqamətində ərazimizə keçərkən S.Ananyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, Ermənistanın Noyemberyan rayonundan olan S.Ananyan ölkəsindəki sosial vəziyyətin agırlığından, şəraitsizlikdən və səfalətdən narazıdır. O, bildirib ki, 10 yaşından sol ayağında problemlər olduğuna görə təhsildən və hərbi xidmətdən kənarda qalıb.

Dolanışığı çətin olduğuna görə həmişə muzdlu əməklə məşğul olub. Ölkəsindəki çətin durumdan bezdiyini deyən erməniyə görə, sosial vəziyyət o həddə çatıb ki, onun həmkəndlilərinin əksəriyyəti Azərbaycana keçmək, burada sığınacaq tapmaq niyyətindədirlər.

Saxlanılan Ermənistan vətəndaşı hazırda həkimlərin nəzarəti altındadır və onunla beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.