İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənilər tərəfindən əsir-girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı son statistika

Ermənilər tərəfindən əsir-girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı son statistika

04.08.2018

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı avqustun 1-ə olan statistik məlumatları açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, hazırda Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin sayı 3875 nəfər təşkil edir. Onlardan 3610 nəfəri kişilər, 265 nəfəri isə qadınlardır.

İtkin düşmüş şəxslərin 3168 nəfəri hərbçilər, 707 nəfəri isə mülki şəxslərdir (uşaq 67 nəfər, qadın - 265 nəfər, qoca - 324 nəfər).

Əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslərın sayı 871 nəfərdir. Bunlardan kişilər 773 nəfər, qadınlar isə 98 nəfər təşki edirHəmin şəxslərin 604 nəfərini hərbçilər, 267 nəfərini isə mülki şəxslər təşkil edir (uşaq 29 nəfər, qadın 98 nəfər, qoca 112 nəfər).

Əsir və girovluqdan azad edilmiş şəxslərin sayı 1476 nəfərdir. Onlardan 1113 nəfəri kişilər, 363 nəfəri qadınlardır. Əsir və girovluqdan azad edilmiş şəxslərin 362 nəfəri hərbçilər, 1114 nəfəri isə mülki şəxslərdir (uşaq - 223 nəfər, qadın - 363 nəfər, qoca - 224 nəfər).