İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri: "Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımağa da davam edəcəyik"

Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri:

08.08.2018

“Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımağa da davam edəcəyik”.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Komitənin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərim deyib.

S.Kərim bildirib ki, Cənubi Qafqaz regionunun təhlükəsizliyini təmin etmək üçün daha çox dinamikaya ehtiyac var:

“Biz Cənubi Qafqaz regionunda yalnız demokratiyanı və inkişafı gücləndirən dinamikanı dəstəkləyəcəyik”.