İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

AŞPA-da “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzə hazırlanacaq

AŞPA-da “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzə hazırlanacaq

03.09.2014

AŞPA-da “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzə hazırlanacaq.

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya  verdiyi məlumata görə,  sentyabrın 2-də AŞPA-nın Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb.

Büro böyük səs çoxluğu ilə Elxan Süleymanovun müəllifi olduğu qətnamə layihəsi üzrə məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərib.