İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan münasibətləri normallaşa bilməz

Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan münasibətləri normallaşa bilməz

03.09.2014

Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan münasibətləri normallaşa bilməz. Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin geniş tərkibli görüşündə bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Ankara bunu dəfələrlə bəyan edib.

R.T.Ərdoğan bildirib ki, seçkilərdən sonra Azərbaycana səfəri adət halına çevrilib: "Bu, qarşılıqlı sevgimizin nə qədər güclü olduğunun göstəricisidir. İkitərəfli görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin inkişafını dəyərləndirmə fürsəti əldə etdik və bütün sahələri müzakirə etdik".

Türkiyə Prezidenti qeyd edib ki, Bakı-Ankara münasibətləri bundan sonra fərqli şəkildə inkişaf etməlidir.