İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rəcəb Tayyib Ərdoğan: NATO sammitində Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək

Rəcəb Tayyib Ərdoğan: NATO sammitində Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək

03.09.2014

Trend:

"NATO sammitində Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək". Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Türkiyə Prezidenti bildirib ki, NATO sammitində bəzi ölkələrə verilən vədlərin yerinə yetirildiyi kimi, Azərbaycana da verilən vədlərin yerinə yetirilməsinin vacibliyi vurğulanacaq: "Bu, Azərbaycanın haqqıdır və Azərbaycana verilən vədlər yerinə yetirilməlidir. Türkiyə olaraq bu məsələdə qərarlı olduğumuzu bir daha ifadə edəcəyik".