İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiyanın "RİA Novosti" Agentliyi Azərbaycanın ərazi bütövlüyünün və tarixinin təhrif olunduğu yazıya düzəliş edib

Rusiyanın

03.09.2014

Rusiyanın "RİA Novosti"("Rossiya Seqodnya") Beynəlxalq İnformasiya Agentliyi qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” 23 illiyi barədə dərc etdiyi məqalədə Azərbaycana qarşı yola verdiyi informasiya təxribatını qismən aradan qaldırıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, agentlik məqalənin sərlövhəsini redaktə edib, Azərbaycanın ərazi bütövlüyü və tarixinin tərif olunduğu abzas isə tamamilə yazıdan çıxarılıb. Lakin məqalədə yaxın onilliklərdə baş vermiş hadisələr və faktların ermənilərin lehinə saxtalaşdırılması ilə bağlı daha bir neçə cümlə saxlanılıb.

Qeyd edək ki, APA Agentliyi və vesti.az saytı “Ria Novosti” Agentliyinin Azərbaycana qarşı informasiya təxribatına yol verməsi barədə xəbər və yazı yayıb. Azərbaycanın digər tanınmış xəbər resursları da APA-nın xəbərini tirajlayıblar. Bundan sonra isə “Ria Novosti” məqaləsinə bəzi dəyişiklər edib.

Qeyd edək ki, təxribat xarakterli belə materiallar indiyə kimi də RİA Novosti agentliyində dərc olunub. 2013-cü ilin fevralında agentliyin müəllifi Vadim Dubnov tərəfindən yazılan "Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir" adlı məqalə dərc olunub. Həmin hadisə rəsmi Bakının Rusiyaya etiraz notası verməsi ilə nəticələnib. Notadan sonra agentlik həmin yazını saytdan çıxarıb.

Xatırladaq ki, hazırda agentliyin baş direktoru Dmitri Kiselyov, baş redaktoru isə Marqarita Simonyandır.