İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ Dövlət Departamenti: Con Kerri Azərbaycan və Ermənistan prezidentlərini sülh üçün səyləri artırmağa çağırıb

ABŞ Dövlət Departamenti: Con Kerri Azərbaycan və Ermənistan prezidentlərini sülh üçün səyləri artırmağa çağırıb

05.09.2014

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqlar prosesi və hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Məlumatda qeyd olunub ki, ABŞ dövlət katibi bir müddət əvvəl cəbhə xəttində yaranmış şiddətli gərginliklə bağlı dərin narahatlığını ifadə edib: "Birləşmiş Ştatlar inanır ki, toqquşmaların səngiməsi və əlaqələrin normallaşdırılması Azərbaycan və Ermənistan arasında sülh yaradacaq. Bu, hər iki ölkənin xalqlarının gələcəyini təmin edəcək, həmçinin Cənubi Qafqazda sabitliyin bərpası üçün mühüm addım olacaq. Məhz bu məqsədlərlə, dövlət katibi Kerri prezidentləri atəşkəs rejiminə riayət etməyə və cəmiyyətlərini sülhə hazırlamaq istiqamətində əlavə addımlar atmağa çağırıb”.

Məlumatda vurğulanıb ki, C.Kerri münaqişə tərəflərini sülh prosesində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə işləməyə həvəsləndirib: “Həmçinin ABŞ dövlət katibi prezidentlərin dialoqu davam etdirməyə razılaşmasını alqışlayıb. O, tərəfləri danışıqlarda daha da yaxından iştirak etməyə çağırıb. Prosesin davamlılığı tərəflər arasında etimad yaratmağa və bölgə xalqlarının layiq olduğu sülhə çatmağa xidmət edəcək”.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik  də “Tvitter”də görüş barədə yazıb. O, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə  Dağlıq Qarabağla bağlı məhsuldar danışıqlar apardığını qeyd edib: "Biz kömək etməyə hazırıq”.