İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyə prezidenti NATO sammitində Qarabağ məsələsini qaldırıb

Türkiyə prezidenti NATO sammitində Qarabağ məsələsini qaldırıb

05.09.2014

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində keçirilən NATO-Ukrayna Komissiyasının toplantısında iştirak edib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət və hökumət başçıları səviyyəsində toplanan komissiyanın toplantısında çıxış edən R. T. Ərdoğan NATO-nun Azərbaycana verdiyi vədləri yerinə yetirməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması böyük əhəmiyyət daşıyır.

Türkiyə prezidenti Ukrayna probleminə də toxunub. O bəyan edib ki, Ukraynanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və milli birliyinə Türkiyənin verdiyi dəstək bundan sonra da davam edəcək. Prezident Krımın qanunsuz ilhaqının Türkiyə tərəfindən  tanınmayacağını təkrarlayıb. R. T. Ərdoğan təzyiqə məruz qalan Krım tatarlarının təcrid edilməsinin yolverilməz olduğunu da əlavə edib və problemin siyasi yolla həllini vacib sayıb.