İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Müdafiə Nazirliyi ermənilərin Azərbaycan vətəndaşını saxlaması ilə bağlı məsələni araşdırır

Müdafiə Nazirliyi ermənilərin Azərbaycan vətəndaşını saxlaması ilə bağlı məsələni araşdırır

06.09.2014

Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçilərin Azərbaycan vətəndaşını saxlaması məsələsi ilə bağlı araşdırma aparır. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri dünən axşam Azərbaycan vətəndaşını saxlayıblar.

Ermənistan KİV-in yaydığı məlumata görə, Azərbaycan vətəndaşı Cavid Samir oğlu Məmmədov dünən axşam saat 18:10 radələrində Ermənistan silahlıları tərəfindən cəbhə xəttində saxlanılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri məsələ ilə bağlı məlumatlandırılıblar. Cavid Məmmədiv müvafiq strukturlara təhvil verilib.