İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

BQXK ermənilərin Azərbaycan vətəndaşını girov götürdüklərini təsdiqləyib

BQXK ermənilərin Azərbaycan vətəndaşını girov götürdüklərini təsdiqləyib

06.09.2014

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)cəbhə xəttində bir Azərbaycan vətəndaşının girov götürüldüyünü təsdiqləyib.

Bu barədə APA - ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, BQXK-nın Dağlıq Qarabağ ofisi Azərbaycan vətəndaşının saxlanılması barədə məlumatlandırılıb. İ. Hüseynovanın sözlərinə görə, BQXK öz mandatına uyğun olaraq həmin vətəndaşa baş çəkəcək.

Qeyd edək ki, Ermənistan mətbuatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın "Müdafiə Nazirliyinin mətbuat xidməti"nə istinadən Cavid Məmmədov adlı Azərbaycan vətəndaşının Verin Çaylı istiqamətində erməni əsgərləri tərəfindən saxlanılması barədə xəbər yayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə C. Məmmədovun cəbhə xəttində girov götürülməsi faktı ilə bağlı araşdırma aparıldığını bəyan edib.