İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Sudan parlamenti Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib

Sudan parlamenti Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib

08.09.2014

Sudan Respublikasının parlamenti Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə XİN-in şöbə müdiri Hikmət Hacıyev bildirib.

O deyib ki, Sudan parlamenti öz qərarı ilə Xocalı soyqırımını tanıyıb: "Bu sənəddə Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilib".

H.Hacıyev bildirib ki, Sudan parlamentinin qərarında, həmçinin BMT Baş Assambleyasının və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan ərazilərinin işğalına son qoyulmasına dair qətnamələrinin həyata keçirilməsinin vacibliyi qeyd olunub: "Qərar Sudan parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən qəbul edilib və bu sənəd hüquqi qüvvəyə malikdir".

O qeyd edib ki, sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər.

Erməni silahlı birləşmələrinin hücumları nəticəsində 613 adam vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər əsir götürülüb və onların taleyi indiyədək məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Qətlə yetirilənlər arasında 106 qadın, 83 uşaq, 70 qoca olub. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib.