İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə böyük sülh sazişinin imzalanmasının zəruriliyi vurğulanıb

Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə böyük sülh sazişinin imzalanmasının zəruriliyi vurğulanıb

08.09.2014

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında bu yaxınlarda Uelsdə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə böyük sülh sazişinin imzalanmasının zəruriliyi vurğulanıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda brifinqdə xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdə danışıqlar prosesi ilə tanış olub və yeni addımların mümkünlüyünü öyrənib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın mövqeyi sadədir: "Bakı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edir, çünki bu cür vəziyyət ölkə üçün qəbuledilməzdir".

Nazir bildirib ki, sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək: "Bu görüşə hazırlaşmaq üçün ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ayın sonunadək regiona səfər edəcək".