İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Paskal Mönye: “Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”

Paskal Mönye: “Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”

09.09.2014

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Fransa parlamentinin bir qrup üzvünün rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsinə münasibət bildirib.

Səfir APA-ya bildirib ki, senatorların işğal olunmuş torpaqlara səfəri və səsləndirdikləri fikirlər Fransanın mövqeyini əks etdirmir: “Fransa demokratik dövlətdir. Onların hər hansı çıxışı və hərəkəti Fransanın mövqeyi deyil. Bu, onların şəxsi işi və təşəbbüsüdür. Fransa dövlət olaraq buna görə məsuliyyət daşımır. Əvvəllər də dəfələrlə demişəm və bir daha qeyd edirəm ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.

Qeyd edək ki,  Fransa senatının bir neçə üzvü rəsmi Bakının razılığı olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.