İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə əsas məsələ Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə əsas məsələ Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır

10.09.2014

"Fransa Prezidenti tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair təklif gəldi və biz onun vaxtını və proqramını müəyyənləşdiririk". Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov serbiyalı həmkarı ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, regionda xoşagəlməz proseslər gedir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh sazişinin müzakirəsinə başlanılmalıdır. Bunun üçün Ermənistan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır.

E.Məmmədyarovun fikrincə, sonuncu danışıqlar sübut edir ki, heç kəs bütün dünyada hər hansı müharibənin tərəfdarı deyil.

Nazir həmçinin qeyd edib ki, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində həm Minsk qrupunun həmsədrləri ilə, həm də Ermənistan xarici işlər naziri ilə görüş olacaq.

Onun sözlərinə görə, gələn həftə həmsədrlər Azərbaycana səfər edəcək. Müzakirələrdə əsas məsələ Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır.