İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

BQXK Cavid Məmmədovla bağlı Azərbaycan və Ermənistan tərəfi ilə müzakirə aparır

BQXK Cavid Məmmədovla bağlı Azərbaycan və Ermənistan tərəfi ilə müzakirə aparır

10.09.2014

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu günlərdə Dağlıq Qarabağda saxlanılan Azərbaycan vətəndaşına baş çəkib və ondan alınan məlumatlar ailəsinə çatdırılıb. Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

İ.Hüseynova deyib ki, hazırda BQXK münaqişə tərəfləri ilə müzakirə aparır və müzakirələrin mövzusu ictimaiyyətə açıqlanmır: "Ümumiyyətlə, qaytarılma tərəflərin razılaşmasından asılıdır. Saxlayan tərəf qaytarmağa, digər tərəf qəbul etməyə, özü isə geri qayıtmağa razı olduğu halda BQXK neytral vasitəçı olaraq qaytarılma əməliyyatında iştirak edir. Komitə qaytarılma əməliyyatı bitdikdən sonra bu barədə açıqlama verir".

Qeyd edək ki, bir neçə gün öncə 15 yaşlı Məmmədov Cavid Samir oğlu Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən saxlanılıb.