İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Amerikalı həmsədr: “Erməni tərəfinin azərbaycanlı yeniyetməni saxlaması barədə xəbərlərdən narahatıq”

Amerikalı həmsədr: “Erməni tərəfinin azərbaycanlı yeniyetməni saxlaması barədə xəbərlərdən narahatıq”

11.09.2014

“Biz erməni tərəfinin yeniyetməni saxlaması barədə xəbərlərdən narahatıq, baxmayaraq ki, bu barədə təsdiq olunmuş məlumata malik deyilik”. APA-nın xəbərinə görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik 15 yaşlı Azərbaycan vətəndaşı Cavid Məmmədovun qoşunların təmas xəttini keçdikdən sonra ermənilər tərəfindən əsir götürülməsi ilə bağlı APA-nın sualına cavabında deyib. O, ümid etdiyini bildirib ki, saxlanılan şəxslə humanist və ədalətli davranılacaq: “Ümid edirik ki, bu məsələ araşdırılacaq. Bu cür insidentlər gərginliyi artırır və sülh perspektivini zərbə altında qoyur”.

NATO-nun Uels sammiti çərçivəsində keçirilən üçtərəfli görüşü şərh edən diplomat qeyd edib ki, ABŞ dövlət katibi Con Kerri tərəfləri daha yaxşı anlamaq və onları sülhün təmin olunması məqsədilə tədbirlər görməyə təşviq etmək üçün prezidentlərlə məhsuldar diskussiya aparıb: “Dövlət katibi prezidentləri atəşkəsə riayət etməyə, təmas xəttində gərginliyi azaltmağa çağırıb. Prezidentlər münaqişəni sülh yolu ilə həll etməklə bağlı mövqelərinə sadiqliklərini bir daha təsdiqlədilər. Sülhə nail olmaq üçün yaxın aylarda xeyli işimiz var və Con Kerrinin keçirdiyi görüş hansı istiqamətdə səyləri cəmləşdirməyin məqsədəuyğunluğunu aydınlaşdırmağa kömək etdi”.