İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Belarus deputatı erməni həmkarlarını münaqişələrin sülhlə həllinə töhfə verməyə çağırdı

Belarus deputatı erməni həmkarlarını münaqişələrin sülhlə həllinə töhfə verməyə çağırdı

15.09.2014

Ermənistan və Belarus Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardırlar. Bunu Ermənistan-Belarus əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov şənbə günü keçirilən iclasın yekunları ilə bağlı bəyan edib. Bu barədə Trend bazar ertəsi “Novosti-Armeniya” saytına istinadən xəbər yayıb.

Onun sözlərinə görə, iclasın gedişində tərəflər əməkdaşlığın parlamentlərarası assambleyalar səviyyəsində vacibliyini də qeyd ediblər.

Şarmazanov deyib: "Hamıya məlumdur ki, biz KTMT üzrə müttəfiqik. Biz bütün münaqişələrin dinc yolla həllinə mühüm əhəmiyyət veririk".

Öz növbəsində, komissiyanın Belarusdan olan həmsədri, Belarus parlamentinin Nümayəndələr Palatası sədrinin müavini Viktor Quminski qeyd edib ki, bu gün Ukraynada və digər regionlarda cərəyan edən hadisələr dinc sülh prosesindən başqa digər alternativlərə malik deyillər: "Və Ukrayna buna sübutdur. Ona görə də parlamentarilər problemlərin anaların, qadınların və uşaqların öz əzizlərini və doğmalarını itirdiklərinə görə göz yaşı axıtmamaları üçün istisnasız olaraq dinc yolla həll olunmasına öz töhfələrini verməlidirlər".