İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan İspaniyaya nota verəcək

Azərbaycan İspaniyaya nota verəcək

15.09.2014

Azərbaycan Basklar ölkəsi vilayətinin (İspaniyanın şimalında muxtar vilayət) yerli hakimiyyətinin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamə ilə əlaqədar olaraq İspaniyaya etiraz notası göndərəcək. Bunu Trend-ə Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev deyib.

A.Əfəndiyev bildirib ki, Basklar ölkəsi parlamentinin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamə ilə bağlı KİV-in yaydığı məlumat tam dəqiq deyil: "Sənəd vilayətin parlamenti deyil, yerli hakimiyyəti səviyyəsində qəbul olunub. Azərbaycan səfirliyi məsələnin məğzini öyrənməkdə davam edir, çünki qətnamənin hansı formada qəbul edilməsi, qondarma "Dağlıq Qarabağ respublikası"nın öz müqəddəratını təyin etmək və ya müstəqil olmaq hüququnun tanınıb-tanınmaması aydın deyil".

Onun sözlərinə görə, səfirlik muxtar vilayət hökumətinin rəhbəri ilə görüş istəyib: "Tezliklə tarixi müəyyənləşdirəcəyik. Bundan başqa, səfirlik Basklar ölkəsinin rəhbərinə izahat tələbi ilə məktub göndərəcək".

Qeyd edək ki, Ermənistan KİV bir müddət əvvəl Basklar ölkəsi parlamentinin Dağlıq Qarabağ üzrə qətnamə qəbul etdiyi barədə məlumat yayıb.