İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransa mətbuatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məqalə dərc olunub

Fransa mətbuatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məqalə dərc olunub

17.09.2014

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-ər üçün qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Beynəlxalq Risklərin Analizi və Proqnozu Mərkəzi” tərəfindən Fransanın məşhur “Diplomatiya” jurnalının xüsusi buraxılışı nəşr edilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, jurnalın Azərbaycana həsr olunan geniş məqaləsində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində doğma yurd yerlərindən didərgin düşən 1 milyondan çox məcburi köçkün haqqında ətraflı məlumat verilir. Məqalədə qeyd edilir ki, Ermənistan BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və bəyannamələrə məhəl qoymayaraq Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir.

Jurnalda Ermənistan tərəfindən işğal edilmiş rayonlar, məcburi köçkünlərin sıx məskunlaşdıqları müvəqqəti yaşayış əraziləri və keçmiş çadır düşərgələri xəritələrlə Avropa oxucusuna təqdim edilib.

Məqalədə, həmçinin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramına uyğun olaraq yeni salınan yaşayış məntəqələrinə aid məlumatlar və zəngin illüstrasiyalar da verilib.

Xüsusi buraxılışda Xocalı soyqırımını əks etdirən fotolar da yer alıb.

Qeyd edək ki, “Diplomatiya” jurnalı iki ayda bir dəfə 20.000 tirajla çap edilir və Fransa başda olmaqla dünyanın 40 ölkəsində yayılır. Əsas auditoriyası siyasətçilər, alimlər, tarixçilər və ictimaiyyətin digər fəal nümayəndələridir.