İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistan prezidenti ATƏT-in Minsk qrupunun amerikalı həmsədri ilə görüşüb

Ermənistan prezidenti ATƏT-in Minsk qrupunun amerikalı həmsədri ilə görüşüb

17.09.2014

Ermənistan Prezidenti Serj Sarkisyan dünən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul edib. Trend xəbər verir ki, bu barədə "Armenia Today" prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinin hazırkı mərhələsi və perspektivlərinə dair məsələləri müzakirə ediblər.

Ermənistan Prezidenti və ATƏT MQ-nin həmsədri sentyabrın 4-də Nyuportda ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşdə müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bundan başqa, amerikalı həmsədri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da qəbul edib.

Görüşdə tərəflər Qarabağ nizamlanmasına dair bir sıra məsələləri müzakirə ediblər.

Tərəflər sentyabrın 4-də Nyuportda ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə toxunulan məsələlər haqqında fikir mübadiləsi aparıblar. Onlar, həmçinin Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda Parisdə keçiriləcək görüşünün vacibliyini də qeyd ediblər.