İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransua Olland Dağlıq Qarabağ nizamlanmasına dair danışıqların uğurla başa çatmasını arzulayır

Fransua Olland Dağlıq Qarabağ nizamlanmasına dair danışıqların uğurla başa çatmasını arzulayır

22.09.2014

Fransa Prezidenti Fransua Olland Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlarda uğur əldə olunmasını arzulayır. Bu barədə Ollandın Ermənistanın dövlət başçısı Serj Sarkisyana Müstəqillik günü münasibəti ilə göndərdiyi təbrik məktubunda deyilir. Trend xəbər verir ki, məlumatı Ermənistanın “News.am” agentliyi yayıb.

Məktubda deyilir: "Arzu edirəm ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi cəlb olunduğu Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlar yaxın gələcəkdə uğurla başa çatsın. Bu məqsədlə sizi oktyabrın sonunda Parisdə qəbul etməyə şadam".

Qeyd edək ki, oktyabrın sonunda Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir.