İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minsk qrupunun həmsədrləri ilə görüşəcəklər

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minsk qrupunun həmsədrləri ilə görüşəcəklər

23.09.2014

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəklər. Trend-in məlumatına görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

C.Uorlik bildirib: “Bu gün Nyu Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyə səbirsizlənirik”.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərdədir.

Bundan öncə E.Məmmədyarov bildirmişdi ki, Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində həm Minsk qrupunun həmsədrləri ilə, həm də Ermənistanın xarici işlər naziri ilə görüş olacaq.