İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Novruz Məmmədov: Dağlıq Qarabağ münaqişəsi nə qədər gec həll olunsa, Ermənistan rəhbərləri üçün ağır nəticələr verə bilər

Novruz Məmmədov: Dağlıq Qarabağ münaqişəsi nə qədər gec həll olunsa, Ermənistan rəhbərləri üçün ağır nəticələr verə bilər

23.09.2014

"Azərbaycanın ərazilərini işğal ediblər, indi bundan sonra deyirlər ki, biz referendum keçirək. Biz bununla bağlı mövqeyimizi bildirmişik, onların da bundan xəbəri var. Bunlar hamısı boş fikirlərdir. Bəlkə də özlərinə təskinlik verirlər, bəlkə də bu, ölkə daxilində kiminsə xoşuna gəlir, amma bu yolu axıra qədər getmək olmaz".

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Şotlandiyada keçirilən referendumla Dağlıq Qarabağdakı "referendum"u müqayisə etmək cəhdini şərh edərkən deyib.

PA rəsmisi deyib ki, Dağlıq Qarabağ münaqişəsi nə qədər gec həll olunsa, bu, Ermənistan rəhbərləri üçün və xalqı üçün ağır nəticələr verə bilər: "Gec-tez bu münaqişə həll olunmalıdır, biz torpaqlarımızı qaytaracağıq. Amma nəyin bahasına qaytaracağıq, onlar gərək bunu düşünsünlər".