İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ-ın Azərbaycandakı səfirliyi: Ceyms Uorlik Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf kimi iştirakını nəzərdə tutmayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi: Ceyms Uorlik Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf kimi iştirakını nəzərdə tutmayıb

24.09.2014

“ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistandakı mətbuat konfransında “Dağlıq Qarabağın de-fakto rəhbərliyinin də səsinin eşidilməsinə ehtiyac var” deyərkən, sülh danışıqlarında üçüncü tərəf kimi iştirak məsələsini nəzərdə tutmayıb”.

Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Nikolas Barnett APA-nın sorğusuna cavabında deyib. O bildirib ki, ABŞ-ın ATƏT-in Minsk Qrupunun danışıqlar formatını dəstəkləyən siyasəti dəyişməz qalır.

Məsələni araşdırdığını deyən səfirlik nümayəndəsi qeyd edib ki, “Tert.Am” saytının əməkdaşının cəbhədəki gərginlik və “Dağlıq Qarabağ” rejiminin gələcəkdə danışıqlarda tərəf kimi iştirakının mümkünlüyü barədə verdiyi suala Ceym Uorlikin cavabı belə olub: “Günahsız insanların müharibənin qurbanlarına çevrilməsi faciədir. Bu hal məni vadar edir ki, gərginliyə son verməyə çalışmaqla yanaşı, mülki insanlar arasında itkilərin qarşısını almaq üçün səylərimi artırım. Qurbanlar çox zaman dinc sakinlər, qadın və uşaqlar olur. Bu itkilərə son vermək üçün hər iki tərəf yollar tapmalıdır. Cəbhə xəttindəki insidentlər faciədir. Danışıqlarda Dağlıq Qarabağın de-fakto rəhbərliyinin də səsinin eşidilməsinə ehtiyac var. Məhz buna görə də, həmsədrlər davamlı şəkildə Dağlıq Qarabağa səfər edir və de-fakto rəhbərliklə görüşürlər”.