İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirməyə hazırdır

Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirməyə hazırdır

27.09.2014

Moskva və bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərin davam etdirilməsinin zəruriliyini bəyan edib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, patriarx Kirill A.Paşazadə ilə Moskvada görüşərkən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dialoqda QMİ sədrinin vacib rol oynadığını qeyd edib: "Hesab edirəm ki, səyləri davam etdirmək lazımdır, çünki Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli yolla nizamlanmasından başqa həll yolu yoxdur. Bilirəm ki, Siz də bu qənaətdəsiniz".

Onun fikrincə, Rusiya kilsəsi və QMİ üçün uzaq xaricdə, o cümlədən Avropada iş üzrə də qarşılıqlı fəaliyyəti gücləndirməyin vaxtı çatıb: "Rusiya pravoslav kilsəsinin tərəfdaşları arasında Siz və rəhbərlik etdiyiniz idarə xüsusi yer tutur. Bu, əlaqələrimizin tarixindən irəli gəlir".

Patriarx Kirill əlavə edib ki, Rusiyadakı Azərbaycan diasporu çox nəzərəçarpan yer tutur: "Azərbaycan xalqının oğulları arasında Rusiyanın bir çox görkəmli vətəndaşı var. Onların adı xalqımızın yaddaşına həkk olunub. İnanırıq ki, heç bir daxili şərait, siyasi dəyişikliklər, münaqişəli vəziyyət iki ölkənin xalqları arasında mehriban dostluğu poza bilməz".

O, A.Paşazadənin Cənubi Qafqazın dini lideri kimi rolunu vurğulayıb: "Siz müsəlmanlar arasında çox nüfuzlu insansınız, həmişə tarazlaşdırılmış sülməramlı mövqe tutursunuz və bizim hamımıza - pravoslavlara, müsəlmanlara - hazırda insanların qarşısında dayanan problemlərin həlli üzərində birgə işləməyə kömək edirsiniz".