İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistan parlamenti qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması haqqında qanun layihəsini qəbul etməyib

Ermənistan parlamenti qondarma

27.09.2014

Ermənistan Milli Yığıncağının (parlament) Xarici əlaqələr üzrə daimi komissiyası qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması haqqında qanun layihəsinin gündəliyə daxil edilməsini məqsədəuyğun hesab etməyib.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, qanun layihəsi müxalif "İrs" fraksiyası tərəfindən təklif olunub.

Fraksiyanın rəhbəri Zarui Postancyan deyib ki, bu qanun layihəsinin qəbul edilməsi ölkənin Gömrük İttifaqına üzv olması baxımından aktualdır.

Səsvermə zamanı komissiya üzvlərinin əksəriyyəti qanun layihəsini bəyənməyib.