İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ann Brasör: Üzv ölkələrin ərazi bütövlüyünə hörmət Avropa Şurasının əsas prinsiplərindən biridir

Ann Brasör: Üzv ölkələrin ərazi bütövlüyünə hörmət Avropa Şurasının əsas prinsiplərindən biridir

29.09.2014

Avropa Şurasına üzv ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi qurumun müdafiə etdiyi əsas prinsiplərdən biridir. Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brasör qurumun payız sessiyasının birinci iş günü keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağla bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, hər bir ölkə bilməlidir ki, onun ərazi bütövlüyü qorunur və hörmət olunur.

A.Brasör qeyd edib ki, AŞ PA-da Azərbaycan və Ermənistan parlament nümayəndələrinin görüşməsi vacib şərtdir: "Məndən əvvəlki sədr Jan-Klod Minyon iki ölkənin nümayəndələrini bir araya gətirməyə nail olmuşdu. Amma mən buna nail ola bilmədim. Nümayəndə heyətləri bundan imtina etdilər. Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşlərin təşkili, deyərdim ki, mümkünsüzdür".