İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Sergey Markov: “Qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmadan Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək olmaz”

Sergey Markov: “Qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmadan Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək olmaz”

01.01.02014

Qaçqın və məcburi köçkünlər öz  torpaqlarına qayıtmadan Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək olmaz”.

APA - nın verdiyi məlumata görə, bunu Bakıdakı mətbuat konfransında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda ciddi dəyişikliklər baş verməyib: “Amma mən hiss edirəm ki,  gələcək dəyişikliklər üçün ümid yaranmağa başlayıb. Rusiyanın bu məsələdə mövqeyi bəllidir. Moskva münaqişənin sülh yolu ilə  həllini istəyib. Hər halda Ermənistanla Azərbaycan həmişə düşmən olmayıblar, müharibə etməyiblər. Regionda münbit siyasi və iqtisadi mühit yaratmaqla, dəyişikliklərə nail olmaq mümkündür”.

Politoloq hesab edir ki, ilk növbədə Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarmalıdır: “Bölgədə demilitarizasiya aparılmalıdır, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Türkiyə və Azərbaycan Ermənistanın blokadasına son qoysa, iqtisadi münasibətlər formalaşsa və Qarabağda infrastrukturun bərpası üçün addımlar atılsa, münaqişənin sülh yolu ilə həllinə nail olmaq daha asan olar. Hər halda, hesab edirəm ki, Dağlıq Qarabağın statusunu vaxtilə orada yaşamış Azərbaycan icmasının iştirakı olmadan müəyyənləşdirmək yanlışdır”.