İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elxan Süleymanov: İşğal edilmiş ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması müzakirə obyekti ola bilməz

Elxan Süleymanov: İşğal edilmiş ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması müzakirə obyekti ola bilməz

02.10.2014

İşğal altında olan bütün ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Dağlıq Qarabağ da daxil olmaqla, bu ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olması müzakirə obyekti ola bilməz. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız plenar sessiyasının üçüncü iş günündə qurumun Siyasi məsələlər və Demokratiya komitəsinin iclasında Azərbaycanın nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.

E.Süleymanov çıxışında məruzənin adının niyə “Azərbaycan Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” olmasını tutarlı faktlarla əsaslandırıb: “Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləru çərçivəsində beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT və Avropa Şurasına üzv qəbul edilib. Hazırda işğal altında olan Dağlıq Qarabağ regionu və digər ərazilər bu sərhədlər çərçivəsindədir. Odur ki, işğal altında olan bütün ərazilər Azərbaycanın ayrlmaz tərkib hissəsidir və Dağlıq Qarabağ da daxil olmaqla, bu ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olması müzakirə obyekti ola bilməz".

O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə, Avropa Parlamenti, AŞ PA və s. beynəlxalq təşkilatların qətnamə və sənədlərində Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğal edilməsi tanınıb və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadələrindən dəfələrlə istifadə edilib.

Millət vəkili bildirib ki, hər hansı bir formatda danışıqların getməsi və ya digər bəhanələrlə problemin mahiyyətini təhrif etmək cəhdləri əslində movcud problemi daha da dərinləşdirmək və onun həllini uzaqlaşdırmaq məqsədi daşıyır: “Bu təxribat xarakterli səylərin qarşısının alınması üçün hazırlanacaq hər bir sənədin başlığı problemi dəqiq şəkildə əks etdirməlidir. Odur ki, məruzənin başlığı Azərbaycanın hansı ərazilərində gərginliyin artmasını dəqiqliklə əks etdirməlidir. Bu, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləridir. Beləliklə, qeyd edilənlərdən aydındır ki, əgər biz obyektiv və real vəziyyəti özündə əks etdirən qərar qəbul etmək istəyiriksə, məruzənin adı dəyişdirilməməlidir”.

Qeyd edək ki, bu gün Siyasi məsələlər və Demokratiya komitəsinin iclasında britaniyalı deputat Robert Valter "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilib.