İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ukrayna Millətlər Assambleyası Azərbaycan torpaqlarının işğal altında qalmasına dair ATƏT-ə və Avropa Birliyinə müraciət edib

Ukrayna Millətlər Assambleyası Azərbaycan torpaqlarının işğal altında qalmasına dair ATƏT-ə və Avropa Birliyinə müraciət edib

02.10.2014

Ukrayna Millətlər Assambleyası Azərbaycan torpaqlarının işğal altında qalmasına dair ATƏT-ə və Avropa Birliyinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,

Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev ATƏT-in milli azlıqlar üzrə Ali komissarı Astrid Tors, NATO-nu sabiq Baş katibi, Avropa Birliyinin keçmiş Ali komissarı Havyer Solana və təşkilatın digər təmsilçiləri ilə görüşlər keçirib.

Görüşlərdə onlarla millətin nümayəndəsini birləşdirən Ukrayna Millətlər Assambleyası adından Ukraynadakı hadisələr, o cümlədən Azərbaycan, Moldova və Gürcüstanın məruz qaldığı münaqişələrin nəticəsi olaraq insanların hüquqlarının pozulması ilə bağlı müraciət təqdim olunub. R.Tağıyev Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının hüquqlarının bərpa olunmaması, Azərbaycan torpaqlarının hələ də işğal altında qalmasından Avropada yaşayan azərbaycanlılarının narahatlığını diqqətə çatdırıb.

Konfransda etdiyi çıxışında da R.Tağıyev bölgədə millətlərarası münasibətlər, xalqların hüquqlarının qorunması, o cümlədən münaqişə bölgələrində təcavüzə məruz qalmış insanların hüquqlarının bərpasının vacibliyindən danışıb. Diaspor rəhbəri işğal olunmuş Azərbaycan torpaqlarının qaçqın düşən bir milyon azərbaycanlının pozulmuş hüquqlarını bərpa etmək üçün beynəlxalq təşkilatları konkret addımlar atmağa çağırıb.

Qeyd edək ki, ATƏT–in 56 üzv ölkəsinin iştirak etdiyi konfransda milli azlıqların hüquqları, insan haqları, irqi ayrıseçkilik, millətlərarası nifrətin azaldılması, müxtəlif münaqişə bölgələrində xalqların hüquqlarının pozulması və digər məsələlər müzakirə mövzusu olub.