İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Alman publisist: Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır

Alman publisist: Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır

02.10.2014

Azərbaycan torpaqlarını işğaldan azad etməyə məcbur etmək üçün Ermənistana qarşı sanksiyalar tətbiq etmək lazımdır. Trend xəbər verir ki, bu barədə cümə axşamı Bakıda Almaniya-Azərbaycan forumunun Qəyyumlar Şurasının sədri, publisist Riçard Kisler bildirib.

Onun sözlərinə görə, Ermənistan zəif dövlətdir, ermənilərin əksəriyyəti öz ölkələrinin hüdudlarından kənarda yaşayırlar, Ermənistanda daxili vəziyyət isə acınacaqlıdır: "Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana daha çox təzyiq göstərilməlidir".

R.Kisler qeyd dib ki, bu, indiyədək edilməyib, çünki Ermənistanı başqa ölkələrdəki, xüsusilə də Fransa və ABŞ-dakı güclü erməni lobbisi dəstəkləyir: "Mən ikili standartlar görürəm və bu yaxşı hal deyil".

O deyib ki, beynəlxalq birlik Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu unutmamalı və bu problemi həll etməkdən ötrü daha fəal addımlar atmalıdır.

Publisistin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinə dondurulmuş münaqişə kimi baxmaq lazım deyil, çünki bu, əslində qaynar münaqişədir. O, Ermənistanın atəşkəs rejimini dəfələrlə pozduğunu, bunun çoxlu sayda insan tələfatına səbəb olduğunu xatrıladıb.

R.Kisler hesab edirəm ki, beynəlxalq birlik bu çox təhlükəli münaqişənin həlli üçün daha çox iş görməli, yeni səylər göstərməli, həmçinin ATƏT-in Minsk qrupu münaqişənin nziamlanması üçün səylərini artırmalıdır.

Onun sözlərinə görə, Azərbaycan çox uğurla inkişaf edir və ölkədə sosial vəziyyət getdikcə yaxşılaşır. Bu, təkcə Bakıda deyil, kənd yerlərində də baş verir: "Mən ildən-ilə görürəm ki, Azərbaycanda vəziyyət getdikcə daha da yaxşılaşır".