İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan Fransaya nota verib

Azərbaycan Fransaya nota verib

02.10.2014

Fransa Milli Assambleyasının üzvü Fransua Roşbluanın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfəri və 23-26 sentyabr tarixlərində Parisdə keçirilmiş beynəlxalq turizm sərgisində Ermənistana aid pavilyonda qondarma Dağlıq Qarabağ rejiminin də təmsil olunması ilə əlaqədar Azərbaycan Respublikasının Fransadakı səfirliyi tərəfindən Fransanın Xarici İşlər Nazirliyi, Fransa Milli Assambleyası və turizm sərgisinin təşkilatçısı olan şirkətə müvafiq olaraq etiraz notası və məktubları göndərilib. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.

H. Hacıyev bildirib ki, Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə bu ilin oktyabr ayının sonunda Fransada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ərəfəsində Ermənistan, Fransadakı erməni diasporu və onun bilavasitə təsiri altında olan Fransua Roşbluan kimi şəxslər tərəfindən məqsədyönlü şəkildə belə qeyri-qanuni əməllərə yol verilməsi ilk növbədə Fransaya qarşı törədilmiş təxribatçılıq cəhdidir: “Ermənistan və Fransadakı erməni diasporunun təsiri altında olan və şovinist və irqçi baxışlara malik Fransua Roşbluan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimlə qurduğu təmaslarla separatizm, etnik təmizləmə, insanlığa qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verir”.