İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ombudsman Aureliya Qriqoriu "Virtual Qarabağ" Mərkəzində olub

Ombudsman Aureliya Qriqoriu

04.10.2014

IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Moldova Respublikasının Parlament Vəkili, Ombudsman Aureliya Qriqoriu oktyarbrın 3-də "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzində olub.

Qonağı qarşılıyan “Virtual Qarabağ" İKT Mərkəzinin rəhbəri Nurəddin Mehdiyev qonağı Mərkəzin İKT imkanları, e-kitabxanası və digər fəaliyyəti ilə yaxından tanış etdi.

Daha sonra Aureliya Qriqoriuya Mərkəzin saytında işğal olunmuş ərazilərə, bu ərazilərdəki mədəniyyət abidələrinə aid video – çarxlar göstərildi.

“Virtual Qarabağ" İKT Mərkəzinin dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı doğru xəbərlərin çatdırılması fəaliyyətini yüksək qiymətləndirən xanım Qriqorui, Mərkəzin gələcək fəaliyyətinə uğurlar arzu etdi.

Xatırladırıq ki, Aureliya Qriqoriu Ermənistan Parlamentində çıxış edərək, Ermənistanın işğalçı (aqressor) ölkə olduğunu dünyanın diqqətinə çatdırmışdır.