İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Mixail Qusman: Azərbaycanın ədalətli mövqeyi dünya ictimaiyyətinə çatdırılmalıdır

Mixail Qusman: Azərbaycanın ədalətli mövqeyi dünya ictimaiyyətinə çatdırılmalıdır

04.10.2014

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə ədalətli mövqeyi dünya ictimaiyyətinə çatdırılmalıdır. Bunu Trend-ə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman bildirib.

M.Qusman deyib: “Azərbaycanlı həmkarlarım və ölkə KİV-i Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün çox işlər görürlər. Lakin mənə elə gəlir ki, Azərbaycan KİV-i bu mövqenin belə ağır informasiya qarşıdurması şəraitində ölkənin işğal altında olan ərazilərində vəziyyət haqqında daha aydın, daha dəqiq, daha çox həqiqətin səsləndirilməsi üçün çox iş görməlidir”.

Onun sözlərinə görə, bu gün artıq müharibədən sonra böyüyən və həmin ağrını yaşamayan bütöv bir gənc nəsil var. Ona görə bu barədə yaddaşın və işğal edilən ərazilərin azad edilməsi haqqında ədalətli tələbin dünya ictimaiyyətinə aydın şəkildə çatdırılması çox vacibdir.