İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Müsabiqəyə xoş gəlmisiniz!

“Virtual Qarabağ” İKT Mərkəzi gəncləri “Hər Şey Qarabağ üçün!” devizi altında virtual rəsm müsabiqəsində iştirak etmək üçün dəvət edir .

 

Müsabiqənin prioritet mövzuları:

1.     Qarabağ tarixi;

2.     Qarabağ işğal altında;

3.     Qarabağ mədəniyyəti;

4.     Qarabağın tarixi abidələri;

5.     Qarabağ müharibəsi;

6.     Milli qəhrəmanlarımız;

7.     Xocalı soyqırımı

8.     “Hər Şey Qarabağ üçün” virtual kampaniyasına dəstək.

Müsabiqənin şərtləri

1.Müsabiqədə milliyyətindən, vətəndaşlığından, dinindən, siyasi əqidəsindən 
asılı olmayaraq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu 
həqiqətini qəbul edən 14-29 yaşda gənclər, o cümlədən xarici ölkə vətəndaşı olan gənclər iştirak edə bilər. 

2.Müsabiqəyə təqdim edilən  rəsmlərin “.jpg”  formatda olan elektron formaları office@virtualkarabakh.az  ünvanına göndərilməlidir.

3. Rəsm əsərinə  mövzuya uyğun ad verilməlidir.

4. Bir şəxs ən çoxu 3 rəsmlə müsabiqədə iştirak edə bilər .

5. Rəsm əsərinin üzərində müəllifin adı, soyadı göstərilməlidir. 

Müsabiqənin müddəti:

Rəsm əsərlərinin müsabiqəyə təqdim edilməsi üçün son tarix: 30 aprel 2014–cü il, saat 24:00. Seçilmiş 10 ən yaxşı rəsm əsəri “Virtual Qarabağ” İKT Mərkəzinin rəsmi internet səhifəsində, facebook, instaqrm səhifələrində yerləşdiriləcəkdir. Müsabiqə mövzu­larına və şərtlərinə uyğun olmayan rəsm əsərləri müsabiqədən kənarlaşdırılacaq.

Mükafatlandırma

İlk 3 yeri qazanmış rəsm əsərinin müəllifi qiymətli hədiyyələrlə mükafat­lan­dırılacaqlar. Mükafatlandırma mərasi­mində seçilmiş 10 ən yaxşı rəsm əsə­rlərinin sərgisi təşkil ediləcək.