İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qarabağ

İnteraktiv xəritə

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarbağ bölgəsi və ətraf rayonlar haqqında faktlarla mərkəzin hazırladığı interaktiv xəritədə tanış ola bilərsiniz.

Şuşa

Şuşa 08.08.1930-cu ildə inzibati rayon statusu almışdır. Mərkəzi Şuşa şəhəridir. Ərazisi 0.29 min km2, əhalisinin sayı 31,0 min(01.04.2013) nəfərdir. 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir.
İşğaldan qabaq ərazidə 1 şəhər, 1 qəsəbə(Turşsu), 37 kənd olub. Kəndləri bunlardır - Daşaltı, Göytala, Xanalı, Həsənabad, İmamqullar, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şuşulu, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar,  Yuxarı Quşçular, Aşağı Quşçular,  Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar,  Allahqullar, Həsənqullar, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı, Nəbilər.

Qarabağ - Azərbaycan

Qarabağ Azərbaycanın qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ VII əsrdən işlənmişdir. 

Qarabağın görkəmli şəxsiyyətləri

Moisey Kalankatlı – Alban tarixçisi (VII əsrin sonu – VIII əsrin əvvəli)
Moisey Kalankatlı və ya Musa Daşqurançı-mənşəcə Qafqaz albanlarından, uti tayfasından olan tarixçi, "Alban ölkəsinin tarixi" əsərinin müəllifi. Kalankatlı bu əsəri böyük alban hökmdarı Cavanşirin sifarişi ilə yazmışdır.

Azərbaycana qarşı soyqırım və deportasiya

XIX əsrin əvvəllərində çar Rusiyası (İran və Rusiya arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 1813-cü il Gülüstan və 1828-cü il Türkmənçay müqaviləsi imzalandıqdan sonra) qədim Azərbaycan torpaqlarında bufer zona yaratmaq məqsədi ilə "erməni dövləti" qurmaq planını həyata keçirməyə başlamışdır.

Ermənilərin Qarabağa köçürülməsi

Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun ...