The Occupation in Figures
Nagorno-Karabakh: 1988-1992, territory 4400 km2; Shusha: may 08, 1992, territory 289 km2; Lachin: may 18, 1992, territory 1840 km2; Kalbajar: april 2, 1993, territory 3054 km2; Aghdam: july 23, 1993, territory 1150 km2; Fizuli: august 23, 1993, territory 1390 km2; Jabrayil: august 23, 1993, territory 1050 km2; Gubadli: august 31, 1993, territory 802 km2; Zangilan: october 29, 1993, territory 707 km2.

mədəniyyət

Qarabağ mədəniyyəti

Qarabağ bölgəsi nəinki, Azərbaycanın, həmçinin dünya ölkələrinin bir çox bölgələrindən fərqli olaraq daha qədim tarixə malik olan bir ərazidir. Məhz, Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Qarabağın bədii təfəkkür və yaradıcılığına bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir.

Qarabağ ədəbiyyatı

Orta və son orta əsrlər Qarabağ ədəbiyyatı haqqında bunları deyə bilərik. Azərbaycan-türk mədəniyyətində, əbədiyyatında bir sıra faktların ilkinliyi, ilk başlanğıcı, bünövrəsi etibarilə Qarabağ ədəbi mühiti ilə bağlı olduğunu müşahidə edirik. Qarabağ ədəbi mühitində, yazılı ədəbiyyatda bir fakt kimi hələlik elmə məlum olan ilk qarabağlı şairin adı VII əsrdə yaşayıb-yaratmış Davdağın adıdır.