Loading...
Dedim kaş hücuma keçərdilər, o zaman Tonoyanla Yerevanda görüşərdik.

Dedim kaş hücuma keçərdilər, o zaman Tonoyanla Yerevanda görüşərdik.

04-04-2019

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən gün AzTV-yə müsahibəsində Ermənistanın müdafiə naziri David Tonoyanın Nyu-Yorkda erməni diasporu qarşısında çıxışı zamanı hədələyici bəyanatına münasibət bildirib.

Virtualaz.org xəbər verir ki, nazir hərbçilərin publika qarşısında söz güləşdirməsinə tərəfdar olmadığını deyib. Amma əlavə edib ki, sual verildiyi üçün Tonoyanın dediklərinə münasibət bildirməli olacaq.

“Hər sözü demək olar. Amma dediyin sözü yerinə yetirmək üçün imkanlar da olmalıdır. David Tonoyan bilirsiniz ki,, hərbçi deyil və görünür onun başçılıq etdiyi ordunun vəziyyətindən xəbəri yoxdur”-Zakir Həsənov deyib.Nazir qeyd edib ki, Azərbaycan iqtisadi gücünü və bunun nəticəsində hərbi qüdrətini durmadan artırır. Ermənistanda isə bunun əksi baş verir. “Prezident İlham Əliyev tamamilə düzgün qeyd edib ki, erməni ordusunun gücü haqda mif dağılıb. Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyi üçün Ermənistan iqtisadiyyatı çökür,Bu gün görürük ki, Ermənistanda hər gün etirazlar, narazılıqlar baş verir. İnsanlar küçələrə çıxır. Deməli bu cür bəyanatlar verib ictimaiyyətin diqqətini problemlərdən yayındırmaq lazımdır. Digər tərəfdən, o həmin sözləri harada deyib? Nyu-Yorkda, erməni icmasının qarşısında. Niyə deyib? Çünki ora pul dilənməyə getmişdi. Ondan əvvəlkilər pul istəyəndə, dilənəndə deyirdilər ki, pul verin, “lapatka” alaq, yeri qazaq, çünki türklər üstümüzə gəlir. İndikilər bir az çox pul istəyir, deyirlər “lapatka” yox, nəsə müasir silahlar alaq, azərbaycanlılar hücum edəcək. Mən tam əminliklə deyirəm, Ermənistanın, onun ordusunun bizə hücum keçməyə nə iqtisadi imkanı var, nə yetərli hərbi imkanı, silahı. Artıq 90-cı illər deyil. Mən onun bəyanatını eşidəndə dedim, nə olardı, kaş hücuma keçərdilər. O zaman mən Tonoyanla Yerevanda görüşərdim. Boş-boş danışmaqla erməni xalqını aldatmaq daha mümkün deyil. O vaxtlar da deyirdilər ki, Ohanyan xəttini bu yana keçmək olmaz. Amma cəmi 18 dəqiqəyə keçdik. Bütün imkanlarını yığsalar aprelin 3-4 qatı olacaq. Mən bu anı səbrsizliklə gözləyirəm”-müdafiə naziri bildirib.

virtualaz.org