Loading...
Və orada canlı efirdə mən dedim: “Qarabağ Azərbaycandır, nida işarəsi

Və orada canlı efirdə mən dedim: “Qarabağ Azərbaycandır, nida işarəsi

27-11-2019

Prezident İlham Əliyev bu gün BDU-nun 100 illiyinə həsr edilmiş mərasimdəki çıxışı zamanı oktyabr ayında Soçidə “Valday” klubunun toplantısında iştirakını və “Qarabağ Azərbaycandır, nida işarəsi” bəyanatını xatırladıb.

İlham Əliyevdən daha bir sitat:

- Oktyabr-noyabr aylarında - cəmi iki ay ərzində görün nə qədər böyük hadisələr baş verdi. Prezident Putinin dəvəti ilə mən “Valday” Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi 3 dövlət başçısı dəvət olunmuşdu, o cümlədən Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana nə qədər böyük önəm verir və bizə böyük hörmət göstərir. Orada da canlı efirdə sözümü dedim. Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkilər, yəni, biz bunu özümüz üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efirdə mən dedim: “Qarabağ Azərbaycandır, nida işarəsi”. Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü.

virtualaz.org