Loading...
Hannover şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Hannover şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

04-08-2020

Almaniyanın Hannover şəhərində qüdrətli Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən “Bakı” Alman-Azərbaycan Dostluq cəmiyyətinin sədri Rəbiyə Nəbiyevanın və Bilfeld şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq cəmiyyətinin sədri Təranə Tağıyevanın birgə təşkilatçılığı ilə həyata keçirilib.

Aksiya zamanı Azərbaycan və Türkiyə bayraqları qaldırılıb, "Qarabağ Azərbaycanındır", "Ar olsun Ermənistana", "Qarabağa ədalət" şüarları səsləndirilib.