Loading...
XİN erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi ilə bağlı məlumatlara münasibət bildirib

XİN erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi ilə bağlı məlumatlara münasibət bildirib

08-08-2020

Xarici İşlər Nazirliyi (XİN) bəzi KİV-də Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli livanlıların ölkəmizin işğal olunmuş ərazilərinə köçürülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

APA-nın xəbərinə görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, təcavüzkar Ermənistanın hərbi işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti Nazirlik tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. 

“İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır.

Apa.az