Loading...
Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəliblər

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəliblər

31-08-2020

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiya tankçıları ilə yarışlarda fərdi ustalıqlarını nümayiş etdiriblər.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən olunmuş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəliblər.