Loading...
Erməni hərbi qulluçusu minaya düşdü

Erməni hərbi qulluçusu minaya düşdü

18-09-2020

Sentyabrın 16-da Ermənistanın Qeğarkunik vilayətində ölümlə nəticələnən hadisə baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, saat 10:25 radələrində "Tambarak" tibb mərkəzindən Tsambarak polis bölməsinə məlumat daxil olub.

Məlumatda qeyd olunub ki, "qapalı kəllə-beyin travması" diaqnozu ilə bir nəfər tibb mərkəzinə yerləşdirlib.

Polislər müəyyən ediblər ki, yaralı Tsambarak şəhər sakini, 39 yaşlı K. Argiştidir. O həmin gün saat 09:00 radələrində "ZİL" markalı nömrəsiz avtomobil ilə Vahan kəndinin sərhəd ərazisində döyüş mövqeləri yaxınlığında minaya düşərək partlayış nəticəsində yaralanıb.

Məlum olub ki, K. Argişti Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.