Loading...
Ermənistan Qarabağda öldürülən daha 11 hərbçisinin adını açıqladı

Ermənistan Qarabağda öldürülən daha 11 hərbçisinin adını açıqladı

25-10-2020

Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edən Ermənistan ordusu münaqişə zonasında döyüşlər zamanı məhv edilmiş hərbçilərinin yeni siyahısını açıqlayıb.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, siyahıda 11 yeni ad var. Ermənistan bununla 974 hərbçinin həlak olduğunu rəsmən etiraf edib.

Hərçənd, dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə döyüşlərə terrorçuları və muzduları cəlb edir. Onlar arasında ölən və yaralananların statistikası isə ümumiyyətlə aparılmır və ya tam məxfi saxlanılır.