Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini “Smerç”lə atəşinə tutub.
Düşmən tərəfindən atılan “Smerç” raketi şəhərin mərkəzi küçələrində yerləşən evlərin birinə düşüb.
Nəticədə evə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. (report)
virtualaz.org