Loading...
Azərbaycan Ordusu Şuşanın həndəvərindədir

Azərbaycan Ordusu Şuşanın həndəvərindədir

29-10-2020

Qarabağ separatçılarının lideri Araik Arutyunyan Azərbaycan Ordusunun Şuşaya hücum etdiyini bildirib.

Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, A. Arutyunyan deyib: "Onlar təkcə cəbhə boyu hədələmirlər, həm də Şuşa istiqamətində ciddi hərbi səylər göstərir, nəyin bahasına olursa - olsun bu şəhərə yiyələnmək istəyirlər".

Qarabağ separatçılarının lideri bütün erməniləri birləşməyə və Şuşanı müdafiə etməyə çağırıb.

"Azərbaycan Ordusu buradan cəmi bir neçə kilometr məsafədədir. Maksimum beş", - deyə Araik Arutyunyan Şuşadan etdiyi müraciətində bildirib.

Virtualaz.org