Loading...
Allahverdi Bağırovun zabit qızları 27 illik işğaldan sonra atalarının məzarı başında

Allahverdi Bağırovun zabit qızları 27 illik işğaldan sonra atalarının məzarı başında

27-11-2020

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun hərbçi qızları atalarının Ağdamdakı məzarını ziyarət ediblər.Milli Qəhrəmanın hər iki qızı Dövlət Sərhəd Xidmətinin (DSX) zabitidir.

DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova Ağdam torpağına yenidən qayıtdıqları üçün özlərini xoşbəxt hiss etdiklərini bildiriblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.Allahverdi Bağırov Birinci Qarabağ müharibəsində Ağdam özünümüdafiə batalyonunun komandiri olub, düşmənə qarşı döyüşlərdə böyük igidliklər göstərib və 1992-ci ilin iyun ayında şəhid olub. O, Ağdam şəhərində salınmış Şəhidlər Xiyabanında dəfn edilmişdi və daha sonra Ağdamın işğalı nəticəsində digər şəhidlər kimi, Allahverdi Bağırovun də məzarı düşmən əsarətində qalmışdı.

https://virtualaz.org/olke/173384